Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Mişel Platini oyunlarda futbolçu sayının azaldılmasını təklif edib
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) prezidentinin müşaviri və UEFA-nın keçmiş prezidenti Mişel Platini oyun qaydalarına əsaslı dəyişiklik təklif edib.
Oxu.Az xəbər verir ki, Mişel Platini futbolçu sayının 10-a endirilməsi təklifini irəli sürüb.
"Bəlkə də hər komandadan bir oyunçu çıxarıb on futbolçu ilə oynamalıyıq. Keçən əsrdə onlar 11 nəfərlik komandalarda oynayırdılar, lakin həmin dönəmdə oyunçular indikindən daha yavaş qaçırdılar. O vaxtlar fiziki cəhətdən daha zəif idilər. Ona görə də oyunçuların sayını azaltmaq yaxşı fikir olmaya bilərdi", - deyə Platini bildirib.
Qeyd edək ki, mövcud futbol qaydalarına görə, meydanda bir komandanın maksimum oyunçu sayı qapıçı da daxil olmaqla 11 nəfərdir.
Rəylər