Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Millimiz Avropa çempionatının təsnifat mərhələsində ilk oyununu keçirəcək
Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində ilk oyununu Avstriya seçməsi ilə keçirəcək.
Oyun öncəsi Oxu.Az-a açıqlama verən kişilərdən ibarət milli komandanın baş məşqçisi Fərid Cəlalov bildirib ki, gənc oyunçulardan daha yaxşı performans gözləyir.
"May ayının sonlarında liqa başa çatdıqdan dərhal sonra "Qızıl" avroliqa oyunları olduğuna görə fiziki hazırlıq keçə bilməmişdik. Məhz buna görə də Avropa çempionatının seçmə mərhələsinə hazırlıq prosesimizə fiziki hazırlıqla başlamışdıq. Daha sonra avqust ayının əvvəllərində Gürcüstanda milli komanda ilə yoldaşlıq görüşləri oynadıq və voleybolçularımızı nəzərdən keçirdik. Görüşlərimizin videolarına baxıb səhvlərimizi analiz etdik. Statistika proqramına əsasən oyunçuların fərdi və komanda şəklindəki səhvlərini gördük və özlərinə bildirdik. Komandada gənc oyunçulardan daha yaxşı performans gözləyirik. İstəyirik ki, gənc voleybolçular oyun təcrübələrini artırsınlar. Bugünkü oyuna da hazırlıq yaxşı səviyyədədir. Komandada motivasiya yüksəkdir. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticələr əldə edək".
"Voleybol" teqi üzrə xəbərlər
- Voleybol üzrə milli komandalarımız dünya reytinqində geriləyib
- Azərbaycanda voleybol üzrə yeni liqa yaradılacaq
- Voleybol üzrə Azərbaycan çempionatının 2024/2025 mövsümü üçün püşkü atılıb
- 2026-cı ildə Azərbaycanda Avropa çempionatı keçiriləcək
- Yüksək Liqa: “Gəncə”, “Murov Az Terminal” və “Azərreyl”dən asan qələbə
Rəylər