Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Milli komandanın baş məşqçisi: "Bizim üçün bütün görüşlər final kimi idi"
"Hər görüşdən öncə istər fiziki, istərsə də texniki hazırlıq keçirdik".
Oxu.Az xəbər verir ki, bunu parataekvondo üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Tağızadə jurnalistlərə açıqlamasında bildirib.
"Hər görüşdən öncə biz hazırlıq keçirdik. İstər fiziki, istərsə də texniki-taktiki baxımdan çox yaxşı hazırlaşmışdıq. Bizim üçün bütün görüşlər final kimi idi. Motivasiyamız yaxşı olub ki, belə nəticə ilə Vətənə dönə bildik. Hər bir idmançıma ayrı-ayrılıqda təşəkkür edirəm. Onlarla fəxr edirəm. Yarışlara çox yaxşı motivasiya olmuşdular".
Qeyd edək ki, Azərbaycanın parataekvondo millisi Paralimpiya Oyunlarında medalların əyyarına görə ikinci yerin sahibi olub.
Anar Həsənov
"Paris-2024 Yay Paralimpiya Oyunları" teqi üzrə xəbərlər
- Paralimpiya çempionu: "Şadam ki, xalqımızı layiqincə təmsil etdim"
- Şahvələd Əliyev: "İdmançılarımızın göstəricilərindən tam razıyıq"
- Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"
- Bu xəbərləri qaçırmayın: 11.09.2024-ün ən mühüm hadisələri
- Paralimpiyaçılarımız ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Rəylər