Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Millətlər Liqasında ardıcıl üç oyunda məğlub olan millimizin heyətinin açıqlanacağı tarix bəlli olub
Azərbaycan millisinin noyabrda Millətlər Liqasında keçirəcəyi oyunlar üçün heyəti noyabrın 8-də açıqlanacaq.
Oxu.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin gün saat 12:00-da qurumun inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya və noyabrın 19-da səfərdə İsveç yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq
- UEFA Millətlər Liqası: Qrup mərhələsinin bombardiri kim oldu?
- Fernandu Santuş 10 ildən sonra Berti Foqtsun göstəricisini təkrarlayıb
- Azərbaycan millisi 54 komanda arasında 47-ci olub
- Azərbaycan millisinə dörd qol vuran Viktor Qyökereş Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb
Ən çox oxunanlar
Rəylər