Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Messi Honkonq hökumətini qəzəbləndirib
Honkonq hökuməti “İnter Mayami”nin hücumçusu Lionel Messinin yerli liqa komandası ilə yoldaşlıq oyununda iştirak etməməsindən narazı qalıb.
Onun müqaviləsinə əsasən, Messi matçda 45 dəqiqə oynamalı idi, lakin meydana çıxmayıb. Oyunun keçirilməsi üçün 1,9 milyon dollar qrant, 128 min dollar isə oyunun keçirildiyi stadiona ayrılıb.
Fevralın 4-də Honkonqun ulduz komandası yoldaşlıq görüşündə Mayami “İnter”inə 1:4 hesabı ilə uduzub. Messi ehtiyat oyunçular skamyasında qalıb, buna görə də tamaşaçılar oyun boyu tribunadan öz tələblərini səsləndirərək biletlərin pulunun qaytarılmasını tələb ediblər.
Həmçinin ikinci hissənin ortalarında azarkeşlər “Biz Messini istəyirik” şüarları səsləndirməyə başlayıblar. Oyundan sonra “İnter Mayami”nin sahibi Devid Bekhem azarkeşlərə dəstəyə görə təşəkkür etsə də, fitə basılıb. Qarşılaşmaya 38 minə yaxın adam qatılıb.
Mənbə: Gazeta.ru
"Devid Bekhem" teqi üzrə xəbərlər
- Bekhemlər 78,5 milyon dollara yeni ev alıblar
- "Mançester Yunayted" klubunun XXI əsrdəki ən yaxşı futbolçusu açıqlandı - Ronaldu ikinci olub
- Tennis gözəli məşhur futbolçu və Hollivud ulduzu ilə görüntüləndi
- Devid Bekhemin oğlu futbolçu karyerasını başa vuraraq model olmağa qərar verib
- İngiltərə Premyer Liqasında tarixin ən yaxşı vingeri açıqlanıb
Rəylər