Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Mauro İkardi məhkəməyə getməyib
"Qalatasaray"ın futbolçusu Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Naranın cinsi zorakılıq ittihamı ilə ona qarşı qaldırdığı işin məhkəmə iclasına qatılmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Vanda Naranın vəkili Ana Rosenfeld Argentina mətbuatına açıqlamasında danışıb.
"İkardinin məhkəmənin təxirə salınması barədə tələbi rədd edildi. Məhkəmədə baş verən hadisələrə aydınlıq gəldi. Naranın yaşadıqları heç də xoşagələn deyildi. Məhkəmənin detalları mediadan gizli tutulur".
Rosenfeld İkardinin Türkiyədə yaşadığını xatırladaraq bu sözləri əlavə edib: "Bu məhkəmə ölkə kənarına çıxa bilər. Türk dilini öyrənmək məcburiyyətində qalacağam".
Vanda Naranın güclü bir qadın olduğunu vurğulayan Rosenfeld şikayətlərindən imtina etməyəcəklərini bildirib. O qeyd edib ki, bu mövzu sadəcə 2 günlük bir məsələ deyil, aylardır davam edən prosesdir.
"Mauro İkardi" teqi üzrə xəbərlər
- İkardi danışdı: "Vanda Nara məni bütün dünyanın qarşısında axmaq vəziyyətə saldı"
- Mauro İkardinin məhkəməsinin vaxtı bəlli olub
- "Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA
- Vanda Naranın intim videolar çəkməsinə münasibət: "Bütün dünyanın gülüş hədəfidir"
- "Qalatasaray" Mauro İkardinin müqaviləsini dondurub
Rəylər