Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mariya Stadnik Olimpiya Oyunlarına lisenziya qazandı - VİDEO
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
"Report"un məlumatına görə, 35 yaşlı təcrübəli idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində nail olub.
Titullu güləşçimiz lisenziya uğrunda görüşdə italiyalı Emmabuela Liuzzi ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Stadnik Paris-2024-də vəsiqə əldə edib.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin üç üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) ilk yarış günündə lisenziyaya sahib çıxıblar.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Türkiyə millisinin şərəfini qoruyan Ramil Quliyev karyerasını başa vurub
- Çingiz Hüseynzadə: "Hakimlər də insandır, səhv edirlər"
- Aleksandr Tarakanov: "Bir gündə üç dəfə Azərbaycan himni səsləndi, hər kəsi heyrətləndirdik"
- Ukraynalı atlet Yaroslava Maquçixin dünya rekordu təsdiqlənib
- Gender testindən keçə bilməyən İman Xəlif peşəkar boksa üz tutacaq
Ən çox oxunanlar
Rəylər