Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Liverpul" "Çelsi"yə qalib gələrək liderliyini qoruyub
İngiltərə Premyer Liqasının 8-ci turunda "Liverpul" və "Çelsi" komandalarının qarşılaşdığı oyun başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar Liverpuldakı (İngiltərə) "Enfild" stadionunda qarşılaşıblar. Görüşü Con Bruksun (Lester) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayıb. "Liverpul" 2:1 hesabı ilə qalib gəlib.
"Liverpul"un hücumçusu Məhəmməd Salah 29-cu dəqiqədə penalti ilə fərqlənib. 48-ci dəqiqədə yarımmüdafiəçi Moyses Kaysedonun köməkliyi ilə "Çelsi"nin hücumçusu Nikolas Cekson hesabı bərabərləşdirib. 51-ci dəqiqədə "Liverpul"un yarımmüdafiəçisi Körtis Cons Salahın ötürməsi ilə komandasını önə keçirib.
Bu qələbədən sonra xallarını 21-ə çatdıran "Liverpul" Premyer Liqanın turnir cədvəlində birinci yerdədir. "Çelsi"nin isə 14 xalı var və altıncı yerdədir.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
- Rodriqo Bentankur yeddi oyunluq cəzalandırılıb
- "Mançester Siti" dörd klub tərəfindən İngiltərə ali futbol qurumuna şikayət olunub
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Premyer Liqanın dörd klubu "Mançester Siti"dən təzminat tələb edə bilər
- İngiltərə Premyer Liqası tarixinin ən pis hücumçuları açıqlanıb
Rəylər