Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Lion"un futbolçusu: "Qarabağ" çox güclü rəqibdir"
"Vaxtilə "Lion"da çıxış etmiş Yassin Benzia hazırda "Qarabağ"dadır və çox təhlükəli futbolçudur".
Oxu.Az xəbər verir ki, bu sözləri Fransanın "Lion" komandasının futbolçusu Jordan Veretu UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, Ağdam klubunun yaxşı hücum xəttinə sahib olduğunu bildirib:
"Qarabağ"ın futbolçuları rəqib qapısı önündə hər an təhlükəli epizodlar yaratmağı bacarır. Vaxtilə "Lion"da çıxış etmiş Yassin Benzia hazırda "Qarabağ"dadır və çox təhlükəli futbolçudur".
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Lion" matçı saat 21:45-də başlayacaq.
Anar Həsənov
"Qarabağ FK" teqi üzrə xəbərlər
- "Lion"un baş məşqçisi: "Qarabağ"ın Avrokuboklardakı matçlarını izləmişik"
- Yassin Benzia Bakıda təxribat törətməyə çalışan fransız jurnalistləri SUSDURDU
- Qurban Qurbanov: "Sabahkı oyuna pis hazırlaşmamışıq"
- "Qarabağ"ın təxirə salınmış oyununun vaxtı açıqlandı
- Bu xəbərləri qaçırmayın: 26.11.2024-ün ən mühüm hadisələri
Rəylər