Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ÇL: "Barselona" və "İnter" 3 xal qazandı, "Mançester Siti" qələbəyə həsrət qaldı
UEFA Çempionlar Liqasında V turun qarşılaşmaları baş tutub.
Oxu.Az xəbər verir ki, "Barselona" doğma azarkeşləri önündə "Brest"i sınağa çəkib.
Katalonlar fransızların qapısına 3 dəqiq zərbə vurmaqla qalib gəliblər - 3:0. Levandovski dublla yadda qalıb. Bununla da, xallarını 12-yə çatdıran "Barsa" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Bunadək beş oyun ardıcıl məğlubiyyətə uğrayan "Mançester Siti" tilsimi qırsa da, qələbəni əldən verib. İngilis klubu "Feenoord"dan 3:0 üstün olduğu halda, sonradan 3 top buraxaraq 1 xalla kifayətlənib - 3:3. Xatırladaq ki, Qvardiolanın yetirmələri sonuncu dəfə oktyabrın 26-da qalib gəliblər.
"İnter" öz meydanında "Leypziq"i minimal hesabla məğlub edib - 1:0. Bu qələbə sayəsində Milan klubu 13 xalla yarış cədvəlinin zirvəsinə yüksəlib.
"Bayer Leverkuzen" "Zalsburq"a aman verməyib. Almanlar avstriyalıların qapısından 5 cavabsız top keçiriblər - 5:0.
"Arsenal" səfərdə "Sportinq"i, "Atalanta" isə "Yanq Boys"u darmadağın edib - müvafiq olaraq 1:5 və 1:6.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqası: "Bavariya" PSJ-ni məğlub etdi
- Çempionlar Liqası: "Atletiko" səfərdə darmadağına imza atdı
- Çempionlar Liqası: "Milan" 3 xalı 3 qolla aldı
- Bu xəbərləri qaçırmayın: 26.11.2024-ün ən mühüm hadisələri
- Süni intellekt UEFA Çempionlar Liqasında bu gün keçiriləcək görüşlərin qaliblərini açıqlayıb
Rəylər