Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Klub rəsmiləri sanitar qovşaq üstündə mübahisə etdilər
Premyer Liqada yeni mövsümə uğursuz başlayan "Kəpəz"də növbəti xoşagəlməz hadisə yaşanıb.
Sportinfo.az xəbər verir ki, iyulda klubun icraçı direktoru təyin olunan Cabir İbrahimov qalmaqalın mərkəzində dayanıb.
Belə ki, komandaya yenicə təyin olunmuş baş məşqçi Azər Bağırovun korpusunda yer alan köməkçi Rakif Əliyev təbii ehtiyacını ödəmək üçün sanitar qovşağına üz tutub.
Bu zaman İbrahimov onu görüb və çölə çıxmasını gözləyib, daha sonra ona: "bura rəhbərliyin tualetidir, ora girə bilməzsən", - deyib.
Bağırovun yardımçısı bazada yeni olduğunu, ətrafı yaxşı tanımadığını söyləyib.
Lakin icraçı direktorun səsini qaldırması ilə söhbət mübahisəyə çevrilib. Ətrafdakı şəxslərin müdaxiləsi ilə onları sakitləşdirmək mümkün olub.
"Kəpəz FK" teqi üzrə xəbərlər
- "Turan" və "Kəpəz" veteranları arasında oyun: Qurban Qurbanov qol vurdu, qalib müəyyənləşmədi
- "Kəpəz" klubu fasilə zamanı yoldaşlıq matçları keçirməkdən imtina edib
- "Sabah" - "Kəpəz" oyununda 4 qol vuruldu
- "Kəpəz" klubunun baş məşqçisi cəzalandırılıb
- "Səbail"in baş məşqçi postuna kim təyin olunacaq?
Rəylər