Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kilian Mbappe Fransa millisindəki karyerasını başa vurub?
"Real Madrid"in hücumçusu Kilian Mbappe Fransa yığmasının ötən ay baş tutan oyunları üçün heyətə dəvət edilməyib. Bunun səbəbi seçmə komandanın baş məşqçisi Didye Deşamla əlaqələndirilib.
Oxu.Az xəbər verir ki, ulduz futbolçu baş məşqçi Didye Deşamla mübahisə edib.
Deşam daha əvvəl oyunçunun sağlıq durumu ilə bağlı belə qərar verdiklərini deyib.
Lakin yeni məlumata görə, Mbappe özü yığmaya gəlməyib. O, baş məşqçi Deşamla anlaşa bilmir və onun rəhbərliyi müddətində millidə oynamaq istəmir.
Qeyd edək ki, idman jurnalisti Ruan Molina Kilian Mbappenin Fransa millisindəki karyerasını başa vurduğunu iddia edib.
"Kilian Mbappe" teqi üzrə xəbərlər
- "Real Madrid"in Mbappe dərdi
- "Real Madrid"in prezidenti Mbappenin oyun səviyyəsindən narazıdır
- UEFA Millətlər Liqası: Fransa millisi İsrailə qalib gələ bilmədi
- "Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb
- "Real Madrid" futbolçuları Karlo Ançelottinin istefasını tələb ediblər
Rəylər