Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kamerunda 60-dan çox futbolçu niyə cəzalandırıldı? - FOTO
Kamerun Futbol Federasiyası (FECAFOOT) 62 futbolçunu yaşları ilə bağlı yalan məlumat verdikləri üçün cəzalandırıb.
Siyahıda Afrika Millətlər Kuboku üçün Kamerun millisinin heyətinə daxil edilmiş yarımmüdafiəçi Vilfrid Natan Duala da (rəsmi məlumatlara görə, onun 17 yaşı var) yer alıb.
Qeyd olunub ki, futbolçular əsl yaşlarını gizlətdiklərinə görə cəzalandırılıblar. Bəzi hallarda oyunçuların yaşlarını 10 ildən çox aşağı göstərdikləri aşkar edilib.
Xatırladaq ki, yanvar-fevral aylarında Kot-d'İvuarda keçirilən Afrika Millətlər Kubokunda Kamerun yığması Nigeriya millisinə uduzaraq (0:2) 1/8 final mərhələsində mübarizədən kənarlaşdırılıb. Turnir başa çatdıqdan sonra Riqobert Sonq Kamerun millisinin baş məşqçisi postunu tərk edib.
Mənbə: matchtv.ru
Rəylər