Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Barselona”nın sabiq hücumçusunun istefası qəbul edilmədi
2004-2009-cu illərdə “Barselona” klubunun hücumçusu olmuş, hazırda Kamerun Futbol Federasiyasının prezidenti olan Samuel Eto'O vəzifəsini tərk etmək qərarına gəlib.
Artıq Samuel Eto'O ərizəsini Kamerun Futbol Federasiyasına təqdim edib, lakin federasiyanın icraiyyə komitəsi keçmiş futbolçunun istefasını qəbul etməyib.
Qeyd olunur ki, icraiyyə komitəsinin üzvləri yaxın günlərdə yenidən Samuel Eto'O ilə görüşüb sözügedən məsələni müzakirə edəcəklər.
Məlumat üçün əlavə edək ki, 2014-2018-ci illərdə Türkiyədə top qovan Eto'O 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsini icra edir.
Mənbə: Fecafoot
"Barselona" teqi üzrə xəbərlər
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək görüşlərin AFİŞASI
- "Barselona" Lamin Yamalın müqaviləsini daha altı il artıracaq
- 2025-ci ilin "Qızıl top" mükafatına namizədlərin siyahısı açıqlandı
- Bu xəbərləri qaçırmayın: 20.11.2024-ün ən mühüm hadisələri
- Xavi Ernandes Lionel Messi və onun komandasına başçılıq edəcək
Rəylər