Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İspaniya La Liqasının yeni mövsümünə iki görüşlə start veriləcək
İspaniya La Liqasının yeni mövsümünün ilk turuna "Atletik Bilbao" - "Xetafe", "Betis" - "Jirona" görüşləri ilə start veriləcək.
Oxu.Az xəbər verir ki, 1928/29-cu illərdə ilk turnirdə iştirak etmiş 12 komandadan altısı bu mövsümdə də mübarizəyə qatılacaq. Onlardan ilk çempionatda fəxri kürsüyə qalxmış "Barselona", "Real Madrid" və "Atletik" (Bilbao) fasiləsiz bütün mövsümlərdə iştirak ediblər. "Espanyol"un (88 mövsümdə iştirak edib), Madrid "Atletiko"su (87) və "Real Sosyedad"ın (77) iştiraklarında isə fasilələr olub.
İspaniya çempionu adını indiyədək cəmi doqquz komanda qazanıb. Ən çox qalib adına "Real Madrid" (36) və "Barselona" (27) layiq görülüblər. Son çempion Madrid təmsilçisidir.
20 klubdan yalnız beşini xarici mütəxəssis çalışdırır. La Liqada ən yaşlı məşqçi "Betis"in sükanı arxasında olan 71 yaşlı çilili mütəxəssis Manuel Pelleqrini, ən cavanı isə "Selta"nın 36 yaşlı ispaniyalı mütəxəssisi Klaudio Xiraldesdir.
La Liqa, I tur
15 avqust
21:00, "Atletik" - "Xetafe"
23:30, "Betis" - "Jirona"
16 avqust
21:00, "Selta" - "Alaves"
23:30, "Las-Palmas" - "Sevilya"
17 avqust
21:00, "Osasuna" - "Leqanes"
23:30, "Valensiya" - "Barselona"
18 avqust
21:00, "Real Sosyedad" - "Rayo Valyekano"
23:30, "Malyorka" - "Real Madrid"
19 avqust
21:00, "Valyadolid" - "Espanyol"
23:30, "Vilyarreal" - "Atletiko"
Rəylər