Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İngiltərə Liqa Kuboku: "Çelsi" və "Mançester Siti"dən erkən vida
İngiltərə Liqa Kubokunda dördüncü mərhələsində (1/8 final) gecənin son oyunu baş tutub.
Oxu.Az xəbər verir ki, Londonda yerli "Tottenhem"lə "Mançester Siti" qarşılaşıb.
Meydan sahibləri matça fəal başlayıblar. 5 və 25-ci dəqiqələrdə vurulan qollar onların üstünlüyünü təmin edib. "Şəhərlilər" bu toplardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 2:1.
Bu nəticə ilə Pep Qvardiolanın komandası turnirlə vidalaşıb. "Tottenhem" isə adını 1/4 finala yazdırıb.
İngiltərə Liqa Kubokunda dördüncü mərhələnin (1/8 final) oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, səfərdə "Brayton"la qarşılaşan "Liverpul" qol duelindən qalib ayrılaraq adını 1/4 finala yazdırmağı bacarıb - 2:3.
Qakponun dublu bu işdə komandasına kömək edib.
"Mançester Yunayted" doğma azarkeşləri qarşısında "Lester"i darmadağın edib. "Old Trafford"dakı matçda tamaşaçılar 7 qolun şahidi olublar - 5:2.
Kazemiro və Fernandeş dubla imza atıblar.
"Arsenal" aşağı liqa təmsilçisi "Preston"un qonağı olub. "Topçular" gözlənildiyi kimi oyunda çətinlik çəkmədən qalib gəliblər - 0:3.
"Çelsi" səfərdə "Nyukasl" qarşısında aciz qalıb. "Zadəganlar" iki top buraxaraq turnirlə vidalaşıblar - 2:0.
Rəylər