Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İlham Zəkiyev: "Paris-2024-də təşkilatçılıq bərbad idi"
"Bu mənim iştirak etdiyim 6-cı Paralimpiya Oyunları idi".
Oxu.Az xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan millisinin paracüdoçusu İlham Zəkiyev deyib.
J1 kateqoriyasında 90+ kq-da bürünc medal qazanan Zəkiyev yarışla bağlı təəssüratlarını bölüşüb:
"Zədələrim ucbatından uzun müddətdir müalicə alırdım. Buna görə də istədiyim kimi hazırlaşa bilməmişdim. Lakin bütün bunlara baxmayaraq Vətənə bürünc medalla döndüyüm üçün çox xoşbəxtəm. Birinci görüşdə fransalı rəqibimə qarşı mübarizə apararkən hakimlərin tərəfkeşliyi hiss olunurdu. Qələbəmi vətənimə və xalqıma həsr edirəm. Fransada keçirilən Paralimpiya Oyunlarının təşkilatçılığı isə bərbad idi".
Qeyd edək ki, ölkəmiz turnirdə 7 növdə 18 idmançı ilə təmsil olunub. Yığmamız Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub.
"Paris-2024 Yay Paralimpiya Oyunları" teqi üzrə xəbərlər
- Paralimpiya çempionu: "Şadam ki, xalqımızı layiqincə təmsil etdim"
- Şahvələd Əliyev: "İdmançılarımızın göstəricilərindən tam razıyıq"
- Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"
- Bu xəbərləri qaçırmayın: 11.09.2024-ün ən mühüm hadisələri
- Paralimpiyaçılarımız ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Rəylər