Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Həsrət Cəfərov: "Parisə qızıl medal üçün yollanmışdım"
"Vətənə medalla qayıtdığım üçün çox sevincliyəm".
Oxu.Az bildirir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan güləşçisi Həsrət Cəfərov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama mərasimində jurnalistlərə açıqlamasında deyib.
"Vətənə medalla qayıtdığım üçün çox sevincliyəm. Heyif ki, qızıl medal qazana bilmədim. Amma məqsədim Parisdən qızıl medalla dönmək idi. Bundan sonra daha yaxşı hazırlaşıb növbəti olimpiya oyunlarında bayrağımızı daha zirvələrdə dalğalandıracağam. Olimpiya çempionu olsaydım, daha yaxşı olardı, amma yenə də mükafatçılar siyahısında olduğum üçün xoşbəxtəm".
Qeyd edək ki, Həsrət Cəfərov 2024-cü ildə Buxarestdə keçirilən Avropa çempionatının qızıl medal mükafatçısıdır.
Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan yeddi medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.
Anar Həsənov
"Həsrət Cəfərov" teqi üzrə xəbərlər
- Həsrət Cəfərov: "Bu yolda ağır zədələr almışam, qolum və çənəm sınıb"
- Olimpiyaçılarımız ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərini orden və medallarla təltif etdi
- Alfonso Dominqes: "Millətimiz hər zaman dəstək olaraq məni bu səviyyəyə çatdırdı"
- Qaşım Maqomedov: "Olimpiya Oyunlarında Azərbaycan bayrağını dalğalandırdığım üçün fəxr edirəm"
Rəylər