Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Harri Keyn özünəməxsus rekorda imza atıb
İngiltərə millisinin hücumçusu Harri Keyn İrlandiya ilə görüşdə penaltini dəqiq yerinə yetirərək özünəməxsus rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, Keyn milli komandada və klubda ardıcıl 23 penaltini dəqiq yerinə yetirib.
"Bavariya"da çıxış edən forvard Millətlər Liqasının VI turunda İrlandiya ilə görüşün 53-cü dəqiqəsində növbəti dəfə "ağ nöqtə"yə yaxınlaşıb.
11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Keyn 23-cü dəfə penaltini qolla tamamlayıb.
Qeyd edək ki, Harri Keyn sonuncu dəfə Dünya Çempionatı 2022-nin 1/4 finalında penaltini dəqiq yerinə yetirə bilməyib.
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq
- UEFA Millətlər Liqası: Qrup mərhələsinin bombardiri kim oldu?
- Fernandu Santuş 10 ildən sonra Berti Foqtsun göstəricisini təkrarlayıb
- Azərbaycan millisi 54 komanda arasında 47-ci olub
- Azərbaycan millisinə dörd qol vuran Viktor Qyökereş Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb
Ən çox oxunanlar
Rəylər