Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Fransada "Real Madrid"i idman dəyərlərini pozmaqda günahlandırıblar
Futbol tarixinin ən titullu klublarından sayılan "Real Madrid" dünən baş tutan "Qızıl Top" mükafatının təqdimetmə mərasimində komandanın heç bir nümayəndəsinin iştirak etməməsindən sonra qalmaqalın mərkəzində olub.
Oxu.Az bildirir ki, Fransanın "L'Equipe" nəşri İspaniya nəhəngini qalibə hörmətsizlikdə və idman dəyərlərini pozmaqda günahlandıraraq tənqidi məqalə dərc edib.
Bu il mükafatı "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri qazanıb. O, 2008-ci ildən bəri Kriştianu Ronaldu və Lionel Messinin hegemonluğunu pozan üçüncü futbolçu olub. Qeyd edək ki, portuqaliyalı və argentinalı uzun müddətdən sonra ilk dəfə, hətta nominantlar siyahısına da düşməyiblər. 2018-ci ildə "Qızıl Top"u xorvat Luka Modriç, 2022-ci ildə isə fransız Kərim Benzema qazanmışdı.
"Real"dan "Qızıl Top"a Vinisius Junior, Dani Karvaxal və Cud Bellinqem namizəd idilər, lakin onlardan heç biri arzuolunan trofeyə layiq görülməyib. Madrid klubu qalibi təbrik etmək əvəzinə tədbiri nəzərə almamağa üstünlük verib ki, bu da futbol ictimaiyyəti tərəfindən tənqid dalğasına səbəb olub.
"Madrid klubu heç bir çəkinmə olmadan qaliblərinə hörmətdən ibarət olan idman dəyərini pozub", - deyə "L'Equipe"də dərc olunan "Seçki və mənəvi məğlubiyyət" başlıqlı məqaləyə yekun vurulub.
Rəylər