Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fransa millisi Bakıya gəlməkdən utanıb
Sabah Bakıda start götürəcək 3x3 basketbolu üzrə Qadın Seriyasının mərhələ yarışı iştirakçılarının sayında dəyişiklik olunub.
Oxu.Az xəbər verir ki, Bakı mərhələsində 16 komandanın iştirakı nəzərdə tutulsa da, Fransa millisi Azərbaycana gəlməkdən imtina edib.
Belə ki, Fransa və Sinqapur milliləri, o cümlədən Azərbaycanın "Baku Fleyms" komandası bu yarışda çıxış etməyəcək. Onların əvəzinə Almaniyanın güclü "Düsseldorf ZOOS" və İspaniyanın "Loqrono Sentral" klubları mübarizə aparacaqlar.
Fransa Basketbol Federasiyası (FBF) Bakı mərhələsindən çəkilməsinə səbəb olaraq Parisdə sonuncu olmasını göstərib. Bu barədə FBF-dən qarşı tərəfə müraciətdə bildirilib.
Beləliklə, 17-18 avqustda keçiriləcək yarışda meydan sahibi Azərbaycan millisi ilə yanaşı, Niderland, İspaniya, Polşa, İtaliya, Portuqaliya, Ukrayna, Filippin, Avstriya, İrlandiya yığmaları və Çinin 24 yaşadək komandası, o cümlədən, "Düsseldorf ZOOS" (Almaniya), "Dyör" (Macarıstan), "Maebaşi Flouliş EXE" (Yaponiya) və "Loqrono Sentral" (İspaniya) klubları mübarizə aparacaqlar. Almaniya klubuna Azərbaycan, Yaponiya və İspaniya klublarına FIBA bu yarış üçün "vayld kard" verib. Yalnız "Dyör" digər millilər kimi reytinqlə bu mərhələdə iştirak hüququ əldə edib.
Qeyd edək ki, sabah yarışa A qrupunun Ukrayna - İrlandiya görüşü ilə start veriləcək. Nardaran qəsəbəsindəki "Sea Breeze"də keçiriləcək yarış saat 10:00-da başlayacaq. C qrupunda yer alan millimiz turnirin 3-cü komandası sayılan "Düsseldorf ZOOS"la saat 16:50-dən etibarən görüşə çıxacaq.
"3x3 basketbol" teqi üzrə xəbərlər
- Kişilərdən ibarət millimiz Avropa Kubokunda mübarizəyə start verəcək
- Milli komandamız Avropa Kubokunda mübarizəyə start verəcək
- Azərbaycan millisinin üzvü İspaniya klubuna transfer olundu
- Dünya Qadın Seriyası: Azərbaycan millisi Bakı mərhələsində mübarizəni dayandırıb
- Paris-2024: Azərbaycan basketbolçuları qrupda sonuncu matçını keçiriblər
Rəylər