Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fransa Liqasında korrupsiya qalmaqalı - Prezidentin evində axtarış aparılır
Fransa Milli Maliyyə Prokurorluğu (PNF) "AC!!" antikorrupsiya assosiasiyasının şikayəti əsasında Peşəkar Futbol Liqasının (LFP) ofislərində axtarışlara başlayıb.
Oxu.Az "L"Equipe"ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanının əməkdaşları araşdırma çərçivəsində bu gün səhər saatlarında qurumun binasına gəliblər. Səbəb CVC İnvestisiya Fondu ilə bağlanmış şübhəli əməliyyatlarla bağlıdır. "AC!!" 1.5 milyard avro nağd ödəniş müqabilində liqanın kapitalının 13 faizini əldə edən CVC ilə müqavilənin şərtlərini şübhə altına alıb.
LFP prezidenti Vinsent Labrunun Sen-Remi-de-Provansdakı evində də axtarış aparılır. Müstəntiqlərə CVC müqaviləsi ilə eyni vaxtda razılaşdırılmış 37.5 milyon avronun bölüşdürülməsinə işıq salmaq tapşırılıb.
Rəylər