Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Formula-1" pilotu qırıcını havaya qaldırdı
"Ferrari" "Formula-1" komandasının pilotu Şarl Lekler Fransa Hərbi Hava Qüvvələrinin "Rafale" döyüş təyyarəsinin göyərtəsində uçuş həyata keçirib.
Oxu.Az xəbər verir ki, kadrlar pilotun şəxsi "YouTube" səhifəsində yayımlanıb.
Lekler doğma Monako knyazlığının üzərindən uçub.
"Bu unikal fürsət mənim fiziki imkanlarımı genişləndirdi və mənə qırıcı pilotu olmağın hədsiz həyəcanını yaşamaq şansı verdi. "Formula-1" pilotu kimi bu imkanlara sahib olduğum üçün çox şanslıyam. Bu iki gün ərzində o qədər çılğın anlar oldu - havada yanacaq doldurmaq, birbaşa Monako üzərində uçmaq və hətta aşağı hündürlükdə təyyarəni idarə etmək. Həqiqətən, bunlar ömürlük xatirələrdir", - deyə o bildirib.
"Formula-1" teqi üzrə xəbərlər
- "Formula-1"də titul mübarizəsi: Bu həftəsonu çempion müəyyənləşə bilər
- Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olundu
- "Aston Martin" məşhur geyim brendi ilə əməkdaşlığını elan etdi
- "Formula-1"in yarış direktoru vəzifəsindən azad edilib
- "Formula-1" pilotu süni intellektin idarə etdiyi avtomobillə yarışdı
Rəylər