Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Formula-1" çempionu Azərbaycan Qran-prisini qiymətləndirdi
"Red Bull" komandasının pilotu Maks Ferstappen Azərbaycan Qran-prisində qarşıdakı iştirakı ilə bağlı fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "GPblog" məlumat yayıb.
"Monzada çətin yarış oldu. Bizim prioritetimiz lazımi formaya qayıtmaqdır. Bu həftə mən komanda ilə bazaya baş çəkdim, burada ikiqat yarış mərhələlərindən əvvəl simulyatorda işlədik. Biz həmişə daha rəqabət qabiliyyətli olmağa çalışırıq. Komanda son bir neçə yarışda qarşılaşdığımız avtomobillə bağlı problemləri həll etmək üçün çox çalışır. Bakıya gəlmək həmişə xoşdur. Bu uzun düzlükləri olan maraqlı trekdir. Gəlin görək həftəsonu bizə nə gətirəcək", - nəşr Ferstappendən sitat gətirib.
Qeyd edək ki, Ferstappen üçqat "Formula-1" çempionudur.
Xatırladaq ki, Bakıdakı Qran-pri sentyabrın 13-dən 15-dək baş tutacaq.
Rəylər