Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Formula-1" üzrəAzərbaycan Qran-prisi: "Red Bull" komandasının bolidində hansı dəyişikliklər olunub?
"Red Bull" komandasının Azərbaycan Qran-prisi üçün bolidlərində etdiyi dəyişikliklər bəlli olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Racingnews365" nəşri məlumat yayıb.
Bildirilib ki, Maks Ferstappen və Serxio Peresin idarə edəcəyi RB20 bolidlərinin altlıq elementində köklü dəyişikliklər olub:
"Bolidin altlığı yamaqlı yorğana bənzəyən şəkil alacaq. Üç fərqli versiyanın hibrid qarışığından ibarət olacaq. Mühəndislərin fikrincə, bu radikal addım resursları israf etməmək üçün ən məntiqli həll yoludur. Azərbaycanda və xüsusilə Sinqapurda komanda zərəri minimallaşdırmaq istəyir. Enriko Balbonun rəhbərlik etdiyi aerodinamika şöbəsi artıq oktyabrda Ostində keçiriləcək ABŞ Qran-prisi üçün təkmilləşdirmə üzərində işləyir".
Qeyd edək ki, bu gün start götürəcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Rəylər