Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Fənərbağça" "AZ Alkmar"la bacarmadı
Avropa Liqasının Liqa mərhələsinin IV turunun "AZ Alkmar" - "Fənərbağça" oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, meydan sahiblərindən Ro-Zancelo Daal, Kes Smit və Denso Kasius hərəyə bir qol vurublar. Türkiyə klubunun heyətində Yusif Ən Nəsiri fərqlənib. Mərakeşli 62-ci dəqiqədə penaltini də qaçırıb - 3:1.
"Fənərbağça" yeni turnir formatında ilk məğlubiyyətini qazanıb. Klub bu günə kimi "Union"a qalib gəlib (2:1), "Mançester Yunayted" (1:1) və "Tvente" ilə heç-heçə edib (1:1).
Bu gün 00:00-da başlayan digər oyunların nəticələri aşağıdakı kimidir:
"Ayaks" (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail) - 5:0
"Dinamo" (Kiyev, Ukrayna) - "Ferentsvaroş" (Macarıstan) 0:4
"Hoffenhaym" (Almaniya) - "Lion" (Fransa) 2:2
"Latsio" (İtaliya) - "Portu" (Portuqaliya) 2:1
"Mançester Yunayted" (İngiltərə) - PAOK (Yunanıstan) 2:0
"Viktoriya" (Plzen, Çexiya) - "Real Soseydad" (İspaniya) 2:1
RFS (Latviya) - "Anderlext" (Belçika) 1:1
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- Azərbaycan milliləri Avropa çempionatında iştirak edəcəklər
- UEFA Avropa Liqası: "Qarabağ" - "Lion" görüşü üçün biletlər satışa çıxarıldı
- "Qarabağ"ın avrokubokdakı rəqibinə ciddi cəza
- "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi maliyyə böhranı üzündən səhmlərini satışa çıxarıb
- Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir
Rəylər