Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Eduard Məmmədov: "Azərbaycanlı olaraq Dünya Kubokunu qazandığım üçün fəxr edirəm"
"Azərbaycanlı olaraq Dünya Kubokunu qazandığım üçün fəxr edirəm".
Bunu "Report"a açıqlamasında Türkiyənin İstanbul şəhərində kikboksinqin WAKO versiyası üzrə Dünya Kubokunun qalibi olan Eduard Məmmədov (63 kq) deyib.
Azərbaycan təmsilçisi 11-ci dəfə bu titula yiyələnməyin asan olmadığını bildirib:
"Bir gün ərzində beş döyüş keçirdim. Bu, asan olmadı, çünki iki versiyada - "Light Contact" və "Kick Light"da mübarizə aparırdım. Hər iki versiyanın döyüş qaydaları fərqlidir, əməl etmək məcburiyyətindəsən. Finallarda Türkiyə və İsveç idmançıları ilə döyüşdüm. Hər ikisi güclü rəqiblər idi. Şükürlər olsun ki, uğurlarımı yeniləyə bildim. Yarış zamanı bir tatamidə mən döyüşürdümsə, digərində tələbələrim mübarizə aparırdılar. Tez-tez yanlarına qaçırdım ki, onlara dəstək olum".
46 yaşlı idmançı qazanılan hər bir nailiyyətin Azərbaycanın qələbəsi olduğunu söyləyib:
"2022-ci ildə hər iki növdə Avropa çempionu olmuşdum. 2023-cü ildə isə eyni uğura Portuqaliyada keçirilən mundialda imza atmışam. Bu uğurlar Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev və prezidenti Orxan Əliyevin idmanımıza diqqət və qayğısının göstəricisidir".
Rəylər