Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Cüdoçumuz dünya çempionatında əldə etdiyi nəticə ilə adını tarixə yazdırıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanmaqla tarixə düşüb.
Oxu.Az xəbər verir ki, buna qədər ən ağır çəkidə heç bir cüdoçumuz analoji yarışın mükafatçısı olmamışdı.
Əjdər Bağırov (100 kq) isə olimpiya çempionu Zelim Kotsoyevdən yeddi il sonra bürünc mükafat qazanıb.
Qeyd edək ki, Azərbaycanın gənclərdən ibarət millisi dünya çempionatını üç medalla başa vurub. Kənan Nəsibov (+100 kq) gümüş, Süleyman Şükürov (81 kq) və Əjdər Bağırov (100 kq) isə bürünc mükafat qazanıblar. Bu göstərici ilə Azərbaycan kişilərin sıralamasında 67 ölkə arasında 4-cü yeri tutub.
Bundan başqa, təmsilçilərimizdən Nizami İmranov (60 kq) və Aydan Vəliyeva (52 kq) 5-ci, Fidan Əlizadə (57 kq), Məhəmməd Musayev (66 kq) və Aslan Kotsoyev (90 kq) isə 7-ci yeri tutublar.
Rəylər