Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ÇL-in Liqa mərhələsində III turun ilk oyun gününün ən yaxşı futbolçuları
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunun son oyun günündə keçirilən doqquz görüşün ən yaxşı futbolçuları bəlli olub.
Oxu.Az xəbər verir ki, "Milan" - "Brügge" görüşünün fərqlənən futbolçusu Tiyyan Reynders olub.
"Srena Zvezda" ilə qarşılaşan "Monako"nun 5:1 hesablı qələbəsində pay sahibi olan futbolçu Takumi Minamino ən yaxşılardan biri olub.
"Şaxtyor"a qarşı oyunda minimalhesablı qələbəyə sevinən "Arsenal"ın futbolçusu Qabriel Martinelli də yaxşılardan olub.
"Aston Villa" - "Boloniya" matçında Con Duran, "Jirona" - "Slovan Bratislava" görüşündə isə Miqel Quiterreş fərqlənməyi bacarıb.
"Yuventus" - "Ştutqart" matçının ən yaxşı oyunçusu adını Mattia Perin qazanıb.
PSJ - PSV görüşündə fərqlənən futbolçu isə Əşrəf Hakimi olub.
Gecənin məhsuldarlığı ilə yadda qalan görüşündə "Real Madrid" - "Borussiya Dortmund"u 5:2 hesablı geridönüşlə məğlub edib. Matçın qəhrəmanı isə Vinisus Juniyor olub.
"Ştrum Qraz" - "Sportinq" matçında isə Viktor Qyökereş ən yaxşı oyunçu mükafatına yiyələnib.
Qeyd edək ki, III turun görüşlərinə bu gün keçiriləcək doqquz oyunla yekun vurulacaq.
"Vinisius Junior" teqi üzrə xəbərlər
- Vinisius Junior braziliyalı deyilmiş?
- "Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb
- PSJ "Real Madrid"in ulduz futbolçusu üçün 250 milyon avro təklif edib
- "Real Madrid" futbolçuları Karlo Ançelottinin istefasını tələb ediblər
- Növbəti "Qızıl top" mükafatını qazanmağa favorit olan futbolçuların siyahısı açıqlanıb
Rəylər