Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Braziliya klubu Neymarla danışıqlara başladı
"Əl-Hilal"ın braziliyalı ulduzu Neymar karyerasını ölkəsində çıxış edən "Santos" klubunda davam etdirmək qərarına gəlib.
Oxu.Az "Goal"a istinadən xəbər verir ki, Neymarın uzunmüddətli zədəsi "Əl-Hilal" rəsmilərinin futbolçu ilə yolları ayırmaq istəməsinə səbəb olub.
Braziliyanın "Santos" klubunun rəsmiləri isə Neymarın komandaya qatılmasını istədikləri üçün danışıqlara başlayıblar.
Qeyd edək ki, Neymarın "Əl-Hilal"la müqavilə müddəti 2025-ci ilin iyul ayında başa çatır.
"Əl-Hilal" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər