Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Barselona" PSJ-nin təklifinə bu dəfə aldanmadı
"Barselona" futbol klubunun prezidenti Xuan Laporta gənc hücumçu Lamin Yamal üçün 250 milyon avro məbləğində təklifi rədd edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Laporta potensial alıcının adını açıqlamasa da, idman jurnalisti bunun Kilian Mbappenin əvəzedicisi kimi Yamalı nəzərdən keçirən "Pari Sen-Jermen" (PSJ) olduğunu deyib.
Qeyd edək ki, 2023-cü ildə 15 yaşında "Barselona"nın əsas komandasında debüt edən 17 yaşlı Yamal tezliklə həm klub, həm də İspaniya milli komandası üçün əsas oyunçuya çevrilib. O, artıq Kataloniya klubu üçün 60-dan çox oyun keçirib və İspaniya yığmasının son Avropa çempionatındakı qələbəsinə əhəmiyyətli töhfə verib.
Xatırladaq ki, PSJ 2017-ci ildə "Barselona"dan Neymarı 222 milyon avroya almışdı.
"Barselona FK" teqi üzrə xəbərlər
- Xavi Ernandes Lionel Messi və onun komandasına başçılıq edəcək
- Robert Levandovski karyerasını bitirəcəyi tarixi açıqlayıb
- "Barselona" Xuan Laportanın Bakı səfəri ilə bağlı video paylaşdı
- Avropanın ən yaxşı penalti yerinə yetirən futbolçusunun adına aydınlıq gətirilib
- "Barselona" klubunun prezidenti COP29 məkanındakı pavilyonları ziyarət edib
Rəylər