Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan klubuna monteneqrolu baş məşqçi təyin olunub
Qadın həndbolçulardan ibarət "Kür" komandasının yeni baş məşqçisi məlum olub.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Mingəçevir klubu bu vəzifəyə monteneqrolu Milorad Despotoviçi gətirib. Onunla birillik müqavilə imzalanıb.
M.Despotoviç bundan əvvəl ölkəsinin "Ulsin" kollektivində işləyib.
Bölgə təmsilçisini ötən mövsüm Fuad Yangildin çalışdırıb. O, yeni mövsümdən komandada məşqçi və direktor kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Avropa Kubokuna ikinci mərhələdən qoşulacaq "Kür" Yunanıstanın OFN komandası ilə qarşılaşacaq. Bu raundun ilk oyunları oktyabrın 5-6-da, cavab matçları isə 12-13-də keçiriləcək.
"Azərbaycan millisi" teqi üzrə xəbərlər
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Yunanıstan və İsveçrə ilə üz-üzə
- Azərbaycan millisi dünya çempionatında iştirakından imtina etdi
- Paris-2024 : Azərbaycan paralimpiyaçılarının yarış təqvimi açıqlandı
- Azərbaycan boksçuları Avropa birinciliyində doqquz medal qazanıblar
- Paris-2024: Bu gün altı idmançımız mübarizəyə start verəcək
Rəylər