Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan boksçusu vyetnamlı rəqibini məğlub edib - YENİLƏNİB + FOTO
Azərbaycan boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə start verib.
Azərbaycan Boks Federasiyasından Oxu.Az-a verilən məlumata görə, 66 kq çəkidə mübarizə aparan yığma üzvü 1/32 finalda Nqoc Mai Hoanqu (Vyetnam) yarışdan kənarlaşdırıb.
Ş.Allahverdiyeva 1/16 finalda ilk mərhələdən azad olan Mariana Soto Torreslə (İspaniya) qarşılaşacaq. Görüş martın 8-də baş tutacaq.
Azərbaycan boksçularından daha əvvəl Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq), Sərxan Əliyev (71 kq) və Zeynəb Rəhimova (54 kq) da mərhələ adlayıblar.
Qeyd edək ki, lisenziya turnirinə martın 11-də yekun vurulacaq.
11:30
Azərbaycan boksçusu Tayfur Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb. 63,5 kq çəkidə rinqə çıxan Avropa Oyunlarının mükafatçısı 1/32 final çərçivəsində Matias Amaya Lusianonu (Argentina) mübarizədən kənarlaşdırıb.
Bu barədə Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, Əliyev rəqibinə 3:2 (29:28, 28:29, 30:27, 30:27, 28:29) hesabı ilə qalib gəlib.
Boksçumuz növbəti döyüşündə yaponiyalı Şion Nişiyama ilə döyüşəcək. Görüş martın 7-də olacaq.
Əliyevədək Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq) və Zeynəb Rəhimova (54 kq) da 1/16 finala yüksəlib.
Qeyd edək ki, yığmamız yarışa 9 boksçu ilə yollanıb.
"Argentina" teqi üzrə xəbərlər
- Dünya Çempionatının seçmə mərhələsi: Argentina Paraqvayla görüşdə qalib gələ bilməyib
- Nobel mükafatı laureatı Argentinanı gözləyən fəlakət barədə xəbərdarlıq etdi
- Argentina məhkəməsi Venesuela prezidentini İnterpol vasitəsilə beynəlxalq axtarışa verib
- Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verdi
- Argentina BCM-dən Maduronun həbsinə order verilməsini tələb edir
Rəylər