Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Argentina məhkəməsi Venesuela prezidentini İnterpol vasitəsilə beynəlxalq axtarışa verib
Buenos-Ayres məhkəməsi Venesuela Prezidenti Nikolas Maduronun insan haqlarının pozulması iddialarına görə beynəlxalq axtarışa verilməsinə qərar verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "La Nacion" qəzeti məlumat verib.
Məhkəmə üzvləri qərara gəliblər ki, Argentina prokurorlarının tələbini təmin etsinlər, hansı ki, Venesuela liderini bəşəriyyətə qarşı cinayətlərdə ittiham edən "Demokratiyanın müdafiəsi üçün Argentina Forumu" qeyri-hökumət təşkilatından şikayət alıblar.
Argentina məhkəməsi hesab edib ki, bu cür ittihamlar universal yurisdiksiyaya aiddir, ona görə də Maduronu axtarışa vermək səlahiyyətinə sahibdir.
"Nikolas Maduro Morosun və daxili işlər naziri Diosdado Kabelyonun Argentinaya ekstradisiyası üçün onlar barəsində İnterpol vasitəsilə dərhal həbs qətimkan tədbiri seçilməlidir", - deyə hakimlərin qərarından çıxarışda bildirilib.
İyul ayında Argentina Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, ölkə hökuməti Maduro administrasiyasına qarşı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) verilən şikayəti yenidən dəstəkləmək qərarına gəlib.
Xatırladaq ki, 2018-ci ilin sentyabrında Argentina, Kanada, Kolumbiya, Paraqvay, Peru və Çili Venesuelada insanlığa qarşı mümkün cinayətlər barədə təhqiqatın başlanması tələbi ilə BCM-ə müraciət ünvanlamışdı. Şikayət 2017-ci ildə ölkədə bir neçə ay davam edən etiraz dalğasından sonra verilmişdi. Bu müddət ərzində 120-dən çox insan həlak olub, minlərlə nümayiş iştirakçısı yaralanıb, 5 mindən çox insan həbs edilib.
"Argentina" teqi üzrə xəbərlər
- Dünya Çempionatının seçmə mərhələsi: Argentina Paraqvayla görüşdə qalib gələ bilməyib
- Nobel mükafatı laureatı Argentinanı gözləyən fəlakət barədə xəbərdarlıq etdi
- Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verdi
- Argentina BCM-dən Maduronun həbsinə order verilməsini tələb edir
- Argentinada güclü zəlzələ qeydə alınıb
Rəylər