Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Avropa Liqası: "Qalatasaray" qələbəni əldən verdi, "Tottenhem" üç xalı iki qolla qazandı
UEFA Avropa Liqasının II turunda maraqlı qarşılaşmalar baş tutub.
Oxu.Az xəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu Latviyada yerli RFS ilə üz-üzə gəlib. "Aslanlar" ilk hissədə iki qol vursalar da, ikinci hissədə üstünlüklərini əldən verərək heç-heçəyə razılaşıblar - 2:2.
Yarışdakı təmsilçimiz "Qarabağ"ın öncəki turda rəqibi olmuş "Tottenhem" Macarıstanda "Ferentsvaroş"un qonağı olub. London klubu hər hissədə bir qol vurmaqla qələbə qazanıb. Meydan sahibləri son dəqiqələrdə bu qollardan birinin əvəzini çıxmağı bacarıblar - 1:2.
Qeyd edək ki, iki turdan sonra turnir cədvəlinə 6 xalla "Latsio" başçılıq edir. "Tottenhem" eyni xalla 2-ci, "Qalatasaray" isə 4 xalla 5-ci pillədədir.
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- Azərbaycan milliləri Avropa çempionatında iştirak edəcəklər
- UEFA Avropa Liqası: "Qarabağ" - "Lion" görüşü üçün biletlər satışa çıxarıldı
- "Qarabağ"ın avrokubokdakı rəqibinə ciddi cəza
- "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi maliyyə böhranı üzündən səhmlərini satışa çıxarıb
- Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir
Rəylər