Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Avropa Çempionatı: Üç cüdoçumuz finala yüksəlib
Bu gün Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb.
Oxu.Az xəbər verir ki, ilk yarış günü altı cüdoçumuz tatamiyə çıxıb.
Oğlanların yarışında 1, qızlarda isə 5 təmsilçimiz qalib adı uğrunda mübarizə aparır.
Avropa çempionatı
Oğlanların yarışı
60 kq
Nizami İmranov 1/8 final finalda mübarizəyə başlayıb. O, Françesko Sampinonu (İtaliya) məğlub edərək növbəti mərhələyə yüksəlib. N.İmranovun 1/4 finalda serbiyalı Marko Yorgiçdən də üstün olub. Nizaminin yarımfinalda rəqibi Zahariye Dijol olacaq.
Qızların yarışı
48 kq
Könül Əliyeva 1/8 finaldan türkiyəli Bequmnaz Doğruyoldan üstün olub. 1/4 finalda rumıniyalı Laura Boqdanı da məğlub edən K.Əliyeva yarımfinala yüksəlib. Burada o, Morqan Annislə (Fransa) qarşılaşacaq.
Bu çəkidə Fəridə Mirzəyeva ilk mərhələdə Vodianna Melaniiadan (Ukrayna) üstün olsa da, 1/8 finalda Sammer Şovlaya (Böyük Britaniya) uduzub.
52 kq
İlk mərhələdən tatamiyə çıxan Xədicə Qədəşovanın fransalı Alissi Pulanjini üstələyib. O, 1/8 finalda almaniyalı Lena Dyeriouya da qalib gəlib. Xədicənin 1/4 finalda Mikaela Skiakovelliyə (İtaliya) uduzub. Qədəşova bürünc medal uğrunda təsəlliverici görüşdə Luka Mamira (Macarıstan) ilə qarşılaşacaq.
57 kq
Fidan Qasımova ilk mərhələdə Anne Şaşlaya (Macarıstan) uduzub.
Fidan Əlizadə isə ilk görüşdə lixtenşteynli Lei Vissadan üstün olub. O, 1/8 finalda sloveniyalı Yevgeniya Qaiçi də məğlub edib. Növbəti mərhələdə britaniyalı Kloe Linkdən də güclü olan F.Əlizadə yarımfinala yüksəlib. Bu mərhələdə F.Əlizadənin rəqibi Vanessa Tolea (Rumıniya) olacaq.
"Avropa çempionatı" teqi üzrə xəbərlər
- Avropa Çempionatı: Azərbaycan millisi Serbiya seçməsinə qarşı
- Əjdər Bağırov: "Avropa çempionatında çox yaxşı iştirak etdik"
- İmamverdi Məmmədov: "Azərbaycanın qarışıq komandasında belə bir nəticə olmamışdı"
- Avropa Çempionatı: Daha üç cüdoçumuz mübarizəyə start verəcək
- Avropa Çempionatı: Millimiz Lüksemburq səfərində
Rəylər