Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İmamverdi Məmmədov: "Azərbaycanın qarışıq komandasında belə bir nəticə olmamışdı"
"Bu vaxta qədər Azərbaycanın qarışıq komandasında belə bir nəticə olmamışdı".
Oxu.Az xəbər verir ki, bunu qadın cüdoçulardan ibarət Azərbaycan millisinin məşqçisi İmamverdi Məmmədov qarşılanma mərasimində deyib.
O, Estoniyanın Tallin şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında komandasının çıxışını dəyərləndirib.
İ.Məmmədov bildirib ki, fərdi yarışlarda iki qadın cüdoçu çempion olub:
"Bunlar Könül Əliyeva (48 kq) və Fidan Əlizadədir (47 kq). Komanda yarışlarda da yüksək nəticə əldə edərək, birinci olduq. Həlledici görüşdə fransızlarla mübarizədə hesab 3:3 idi. Bütün əziyyət Fidanın üzərinə düşmüşdür. O da əlavə vaxtda 8 dəqiqə 19 saniyə güləşərək fənd işlətdi, bununla da komandamıza qələbə qazandırdı. Bu, tarixi qələbədir. Bu vaxta qədər Azərbaycanın qarışıq komandasında belə bir nəticə olmamışdı".
Rəylər