Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
AVRO-2024: Avstriya pley-offda, Niderland üçüncü oldu
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının D qrupunda III turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, Niderland millisi Avstriya ilə üz-üzə gəlib.
Qarşılaşma "narıncılar"ın məğlubiyyəti ilə bitib - 2:3.
Beləliklə, Avstriya yığması qrup lideri kimi 1/8 finala yüksəlib.
Niderland ən yaxşı qrup üçüncüsü kimi pley-off şanslarını davam etdirir.
Niderland və Avstriya milli komandaları arasında futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III tur oyununa start verilib.
Oxu.Az xəbər verir ki, qarşılaşma D qrupu çərçivəsində, Berlindəki "Olimpiaştadion" arenasında keçirilir.
Oyunu İvan Krujluakın (Slovakiya) başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Qeyd edək ki, 4 xal toplayan Niderland yığması qrupa başçılıq edir. İkinci yeri Fransa komandası (4) tutub. Avstriya (3) üçüncü, xalı olmayan Polşa isə dördüncü pilləni qapayır.
Hazırda, hər iki komandanın qrupdan çıxmaq şansı var.
"AVRO-2024" teqi üzrə xəbərlər
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub
- Avropa çempionatına ev sahibliyi edən Almaniyanın gəliri bəlli olub
- Yann Zommer milli komandadakı karyerasını başa vurdu
Rəylər