Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Atıcılıq üzrə dünya çempionatına qatılan millimiz mundialı üç medalla başa vurub
Perunun paytaxtı Limada keçirilən atıcılıq üzrə gənclər arasında dünya çempionatı başa çatıb.
Oxu.Az xəbər verir ki, 51 ölkədən 566 atıcının qatıldığı mundialda Azərbaycan da təmsil olunub. İştirakçı ölkələrdən 22-sinin idmançıları mükafatçılar sırasında yer alıblar.
Azərbaycan mundialı 3 medalla bitirib. 50 metr məsafəyə atəşaçmada oğlanların yarışında İmran Qarayev qızıl, qızların mübarizəsində Sofiya Barxalova bürüncə sahib çıxıblar. Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalovadan ibarət millimiz 10 m məsafəyə pnevmatik tapançadan atəşaçmada komanda yarışında gümüş əldə edib.
Azərbaycan millisi çempionatın medal sıralamasında 12-ci yeri tutub.
Qeyd edək ki, 13 qızıl, 3 gümüş və 8 bürünc əldə edən Hindistan medal siyahısında mundialın qalibi olub.
Rəylər