Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Amerika Kubokunun finalı: 83 dəqiqə gecikmə, Messinin göz yaşları və çətin qələbə
Futbol üzrə Amerika Kuboku yekunlaşıb.
Oxu.Az bildirir ki, final oyununda Argentina və Kolumbiya milliləri qarşılaşıblar.
Təhlükəsizlik səbəbindən startı 83 dəqiqə təxirə salınan oyunun əsas vaxtında hesab açılmayıb.
Matçın taleyini uzatma dəqiqələri həll edib.
Lautaro Martines 112-ci dəqiqədə vurduğu qolla Argentina millisinə çempionluq qazandırıb.
Argentina millisinin ulduz futbolçusu Lionel Messi Amerika Kubokunun finalında Kolumbiyaya qarşı oyunda zədələnib.
Oxu.Az-ın məlumatına görə, 65-ci dəqiqədə yıxılan Messi oyunu davam etdirə bilməyib. Meydandan çıxarılan forvard ağlayıb.
Futbol üzrə Amerika Kubokunun finalında Argentina və Kolumbiya komandaları qarşılaşırlar.
Oxu.Az-ın məlumatına görə, Floridada, "Hard Rock Stadium"da keçirilən final oyunu bir neçə dəfə təxirə salınıb.
Minlərlə biletsiz azarkeş hasarlardan adlamağa, havalandırma şaxtalarından keçməyə çalışıb. Bu səbəbdən oyunun startı planlaşdırıldığından 83 dəqiqə gec başlayıb. Hazırda oyunda fasilədir, hesab açılmayıb.
"Amerika Kuboku-2024" teqi üzrə xəbərlər
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub
- Lionel Messi rekorda imza atıb
- AVRO-2024 və Amerika Kubokunun ən yaxşıları bilindi
- Argentinada Messi ilə bağlı qalmaqal: İşə ölkə prezidenti də qarışdı
- FIFA Argentina millisinin futbolçularını irqçi şüarlara görə cəzalandıracaq - SƏBƏB
Rəylər