Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Amerika Kuboku: ABŞ məğlub oldu, Uruqvaydan beş cavabsız qol
Futbol üzrə Amerika Kubokunun C qrupunda Panama ilə ABŞ, Uruqvay ilə Boliviya milliləri üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, günün ilk matçında Panama və ABŞ komandaları qarşılaşıblar. Görüşdə hesabı ABŞ millisi açıb. Folarin Baloqan 22-ci dəqiqədə sükutu pozub - 1:0. Cəmi üç dəqiqə sonra Sezar Blekman bərabərlik qolunu vurub - 1:1. Fasilədən sonra üstünlüyü əlan alan Panama futbolçuları qələbə qolunu oyunun sonlarına yaxın vurublar: Joze Fayarda 83-cü dəqiqədə fərqlənib - 2:1.
Uruqvay-Boliviya görüşündə hesab erkən qolla açılıb. Fakundo Pellestri 8-ci dəqiqədə Boliviya millisini meydanın mərkəzinə dəvət edib - 1:0. 21-ci dəqiqədə səhnəyə çıxan ulduz futbolçu Darvin Nunyes fərqi artırıb - 2:0. Fasilədən sonra da üstünlüyü əldən verməyən Uruqvay futbolçuları panamalıları ardıcıl iki dəfə cəzalandırıblar. Əvvəlcə Maksimiliano Arauxo 77-ci dəqiqədə üçüncü topu rəqib qapısından keçirib -3:0. 81-ci dəqiqədə Federiko Valverde növbəti qolu vurub - 4:0. Görüşdə son nöqtəni isə 89-cu dəqiqədə Roberto Bentankur qoyub - 5:0.
Qeyd edək ki, ilk turda ABŞ Boliviyanı 2:0, Uruqvay isə Panamanı 3:1 hesabı ilə məğlub etmişdi.
İkinci turdan sonra aktivində altı xalı olan Uruqvay qrupun lideridir. Hərəyə üç xalı olan ABŞ və Panama ikinci, üçüncü pillələri bölüşürlər. Xalsız olan Boliviya qrupun sonuncusudur.
Anar Həsənov
"Amerika Kuboku-2024" teqi üzrə xəbərlər
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub
- Lionel Messi rekorda imza atıb
- AVRO-2024 və Amerika Kubokunun ən yaxşıları bilindi
- Argentinada Messi ilə bağlı qalmaqal: İşə ölkə prezidenti də qarışdı
- FIFA Argentina millisinin futbolçularını irqçi şüarlara görə cəzalandıracaq - SƏBƏB
Rəylər