Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Alpin" komandası Fransada etiraz aksiyası keçiriləcək
"Formula-1" üzrə dünya çempionatında iştirak edən "Alpin" komandasının əməkdaşları bu gün Fransada etiraz aksiyası keçirəcəklər.
Oxu.Az xəbər verir ki, onlar "Renault"nun Viri-Şatiyondakı motor proqramının bağlanmasına etiraz edəcəklər.
Aksiya "Renault"nun baş ofisində gerçəkləşəcək.
Daha əvvəl "Renault"nun İdarə Heyətinin sədri Luka de Meo "Alpin" komandasının daha səmərəli idarə edilməsi üçün Viridə mühərrik istehsalını dayandırmaq niyyətində olduğunu bildirib. Bu baxımdan "Alpin" üçüncü tərəf mühərriklərinə, məsələn, "Mercedes"ə keçə bilər.
Bu, "Alpin" həmkarlar ittifaqının kəskin reaksiyasına səbəb olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında keçiriləcək.
Rəylər