Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Almaniyalı legioner Azərbaycan Premyer Liqasında 30-cu qolunu vurub
Coy-Lens Mikels Azərbaycan çempionatlarında 30-cu qolunu vurub.
Oxu.Az PFL-in (Peşəkar Futbol Liqası) mətbuat xidmətinə istinadla xəbər verir ki, "Sabah"ın hücumçusunun yubiley qolu Azərbaycan Premyer Liqasının III turuna təsadüf edib.
30 yaşlı almaniyalı forvard "Neftçi" ilə səfər görüşündə (2:0) fərqlənib. "Sabah"ın Premyer Liqada ən yaxşı bombardiri olan Coy-Lens bütün qollarını Bakı klubunun heyətində vurub. O bu göstəriciyə 64-cü oyununda çatıb.
Mikels Azərbaycan çempionatları tarixində 30 və daha çox qola imza atan 101-ci futbolçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemonla 98-101-ci yerləri bölüşür.
Qeyd edək ki, almaniyalı hücumçunun Premyer Liqadakı ilk qolu 2021/22 mövsümünə təsadüf edib. O, 2021-ci il oktyabrın 31-də "Qəbələ" ilə səfər matçında (3:1) fərqlənib.
"Sabah FK" teqi üzrə xəbərlər
- "Sabah" klubunun məşqçilər korpusunda dəyişiklik olunub
- "Barselona"nın prezidenti Xuan Laporta Azərbaycanın yeniyetmə futbolçuları ilə görüşüb
- Əfsanəvi Ronaldinyo "CineMastercard"da kimsəsiz uşaqlarla görüşüb
- Ronaldinyo azərbaycanlı yeniyetmə futbolçularla görüşüb
- "Kəpəz" klubu fasilə zamanı yoldaşlıq matçları keçirməkdən imtina edib
Rəylər