Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
39 yaşlı Kriştianu Ronaldu daha bir rekorda imza atıb
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerası ərzində 48-ci seçmə komandaya qol vurub ki, bu da dünya futbolunda rekord sayılır.
Oxu.Az xəbər verir ki, Ronaldu bunu UEFA Millətlər Liqasında Şotlandiyaya qarşı oyunda reallaşdırıb.
Qarşılaşmanın 7-ci dəqiqəsində hesabda geri düşən Portuqaliya millisi sonradan iki qol vuraraq əzmkar qələbə qazanıb. Qollardan birini məhz "Ən-Nəsr"in forvardı Kriştianu Ronaldu 88-ci dəqiqədə rəqib qapısından keçirib.
Bu onun karyerasında 901-ci qol olub.
Portuqaliya - Şotlandiya matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Kriştianu Ronaldu" teqi üzrə xəbərlər
- Joze Mourinyo Kriştianu Ronalduya "Fənərbağça"da oynamağı təklif edib
- Səudiyyə Ərəbistanı çempionatı: Ronaldunun qolu "Ən-Nəsr"ə qalibiyyət qazandıra bilmədi
- UEFA Millətlər Liqası: Qrup mərhələsinin bombardiri kim oldu?
- UEFA Millətlər Liqası: Ən yaxşı bombardir bu gecə bəlli olacaq
- Milli komanda ilə ən çox qələbə qazanan futbolçuların siyahısı bəlli olub
Ən çox oxunanlar
Rəylər