Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Milli komanda ilə ən çox qələbə qazanan futbolçuların siyahısı bəlli olub
Milli komandalarda ən çox qələbə qazanan futbolçuların siyahısı müəyyənləşib. Siyahıya portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu başçılıq edir.
Oxu.Az xəbər verir ki, siyahıda 90 və daha çox görüşdə qalib gələn futbolçular yer alıblar. Bu göstəriciyə yalnız 21 oyunçu nail olub.
Belə ki, Kriştianu Ronaldunun rekordçu olduğu siyahıda Serxio Ramos ikinci, İker Kasilyas üçüncüdür. Siyahıda eyni sayda qələbəyə sevinənlər oyun sayına görə sıralanıb.
Qeyd edək ki, Azərbaycan millisinin rekordçuları Rəşad Sadıqovla Bədavi Hüseynov hərəyə 20 dəfə qələbədə pay sahibi olublar.
1. Kriştianu Ronaldu (Portuqaliya) - 132;
2. Serxio Ramos (İspaniya) - 131;
3. İker Kasilyas (İspaniya) - 121;
4. Lionel Messi (Argentina) - 119;
5. So Çin An (Malayziya) - 107;
6. Andres Quardado (Meksika) - 103;
7. Yan Vertongen (Belçika) - 101;
8. Xavi (İspaniya) - 100;
9. Serxio Buskets (İspaniya) - 98;
10. Andres İnyesta (İspaniya) - 96;
11. Anxel di Mariya (Argentina) - 96;
12. Ahmed Hassan (Misir) - 95;
13. Luka Modriç (Xorvatiya) - 94;
14. Lilian Türam (Fransa) - 93;
15. Muhəmməd Ad Deaya (Səudiyyə Ərəbistanı) - 93;
16. Neymar (Braziliya) - 92;
17. Antuan Qrizman (Fransa) - 91;
18. David Silva (Braziliya) - 90;
19. Olivye Jiru (Fransa) - 90;
20. Ehsan Haysafi (İran) - 90;
21. Landon Donovan (ABŞ) - 90;
"Lionel Messi" teqi üzrə xəbərlər
- "Barselona"nın məşhur oyunçusu "İnter Mayami"nin baş məşqçisi oldu
- İspaniya klublarının heyətində ən çox oyun keçirən futbolçuların siyahısı bəlli olub
- Xavi Ernandes Lionel Messi və onun komandasına başçılıq edəcək
- Lautaro Martines əfsanəvi Dieqo Maradonaya çatıb
- DÇ-2026: Lautaro Martinesin baxımlı qol vurduğu oyunda Lionel Messi rekordu təkrarladı
Rəylər