Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
2024-cü ildə keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçular
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) milli komandada və qitə kuboklarında ən çox fərqlənən oyunçuların siyahısını açıqlayıb.
Məlumata görə, Mərakeş millisinin və "Olimpiakos"un futbolçusu Ayub El-Kaabi 14 qolla cədvələ başçılıq edir. Akram Afif (Qətər, "Əl-Sədd") 11 qolla ikinci, Aymen Huseyn (İraq, "Al-Quva") 10 qolla üçüncüdür.
Hazırda davam edən Amerika Kubokunda məhsuldarlığı ilə seçilən Solomon Rondon dördüncü yerdədir. Venesuela millisinin və "Paçuka"nın oyunçusu da 10 qol vurub. Siyahıda ən yaxşı avropalı Harri Keyn olub. İngiltərə millisi və "Bavariya"nın hücumçusu yeddi dəfə fərqlənib.
Qeyd edək ki, siyahıya ən azı altı qol vuran 25 futbolçu yer alıb.
Mənbə: Chempionat.com
Rəylər