Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yeni qüvvələr nisbəti: Körfəz ölkələri İranla mübarizədə İsraili dəstəkləməyə hazırdır
İsrailin İrana hücumu halında Körfəz ölkələrinin hansı strategiyanı seçəcəkləri bəlli olub.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "Əl-Hürra" telekanalının öz mənbələrinə istinadən xəbər verib.
Bildirilib ki, bir sıra Körfəz ərəb ölkələri İrana hücum halında Təl-Əvivi dəstəkləməyə hazırdır.
Xatırladaq ki, oktyabrın 1-də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Həqiqi Vəd-2" əməliyyatı çərçivəsində İsrailə çoxlu sayda raket atıb. İsrail hərbçiləri bildiriblər ki, bu atəşə lazım bildikləri vaxt cavab verəcəklər. İranın xarici işlər naziri Abbas Əraqçı İsrail hərbi qüvvələrinin İslam Respublikasına zərbə endirəcəyi təqdirdə İsraildə zərbə altına düşəcək hədəflərin müəyyən olunduğunu bəyan edib. Onun sözlərinə görə, İrana qarşı hər hansı hücum "qırmızı xətt"in keçilməsi hesab ediləcək və cavabsız qalmayacaq. Bundan əlavə, nazir bildirib ki, ABŞ İsraili dayandıra bilərdi. O hesab edir ki, amerikalılar tam miqyaslı müharibəyə cəlb olunacaqlar və əgər bu baş verərsə, Körfəz ölkələrini əhatə edəcək. Bununla belə, siyasətçi hesab etdiyini bildirib ki, diplomatik həll üçün hələ də şans var.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail İranın HƏMAS-a maliyyə yardımına və 7 oktyabr hücumlarına dəstəyinə aid sənədləri ələ keçirib
- Ayətullah Sistani İran-İsrail gərginliyi fonunda İraqın siyasəti ilə bağlı danışdı
- İran prezidenti: "Onların bizə hücuma cəsarət etməmələri üçün raketlərimiz var"
- Təbrizdəki ballistik raket bazası yaxınlığında hərbi texnikaların daşınması görüntüləri yayıldı
- İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər
Rəylər