Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yeni pandemiya qapıda: İlk yoluxma qeydə alındı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada ilk dəfə insanda quş qripi A(H5N2) virusuna yoluxma halının qeydə alındığını bildirib.
Məlumata görə, hadisə Meksikada baş verib.
Qeyd olunub ki, Meksikanın hakimiyyət orqanları ÜST-yə Meksika ştatının sakinində aşkar edilmiş quş qripi A(H5N2) virusu ilə bağlı məlumat verib.
Bu, dünyada A(H5N2) qripi virusuna insan yoluxması ilə bağlı laboratoriya tərəfindən təsdiqlənmiş ilk hadisədir.
Qeyd olunub ki, virusun mənbəyi məlum deyil və hazırda bununla bağlı araşdırma aparılır. Mövcud məlumatlara əsasən, ÜST bu virusdan ümumi əhali üçün mövcud riski aşağı kimi qiymətləndirir.
Söhbət ev quşları və digər heyvanlarla heç bir əlaqəsi olmayan 59 yaşlı Meksika ştatının sakinindən gedir. Aprelin 17-də xəstədə hərarət, təngnəfəslik, ishal, ürəkbulanma, ümumi halsızlıq yaranıb. Aprelin 24-də xəstə həkimə müraciət edib, o, Tənəffüs Yolları Xəstəlikləri İnstitutuna yerləşdirilib. Aparılan müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bundan əvvəl də insanların A(H5N1), A(H5N6) və A(H5N8) viruslarına yoluxması barədə məlumat verilib. Lakin bəhs olunan hallar rəsmi olaraq laboratoriya tərəfindən təsdiq edilməyib.
Mənbə: Reuters
"Quş qripi" teqi üzrə xəbərlər
- Cənubi Amerikada dəniz fillərinin koloniyaları məhv oldu: Virusun insana keçmə təhlükəsi yaranıb
- ÜHST: "Azərbaycanda yüksək patogen quş qripi xəstəliyi yoxdur"
- Kanadada ilk dəfə insanda quş qripi tapıldı
- Quş qripi səbəbindən Azərbaycanın bir çox ölkələrə qoyduğu idxal məhdudiyyəti götürülüb
- ABŞ-də heyvanlarla təmasda olmayan şəxs quş qripinə yoluxdu