Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yaponiya okeana radioaktiv su axıdacaq - FOTO
Yaponiya avqustun 24-dən “Fukusima-1” atom elektrik stansiyasından daha əvvəl təmizlənmiş radioaktiv suyun axıdılmasına başlayacaq.
Bu barədə Yaponiya Baş naziri Fumio Kişida elan edib.
Rusiya və Çin isə buna qarşı çıxıb.
“Biz “Tokyo Electric Power” şirkətindən xahiş edəcəyik ki, plana uyğun olaraq, okeana tullantıların axıdılmasına başlamaq üçün hazırlıq görsün. Hava və dəniz şəraiti buna mane olmasa, avqustun 24-də suyun axıdılmasına başlanması nəzərdə tutulur”, - deyə nazir bildirib.
Qeyd edək ki, daha əvvəl, Yaponiya nüvə tənzimləyicisi məhv edilmiş “Fukusima” AES operatorunun gələn il təmizlənmiş radioaktiv tullantı sularının dənizə axıdılması planlarını təsdiqləyib.
Mənbə: Kyodo
"Çin" teqi üzrə xəbərlər
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var
- Çində bir kişi eyni yaşayış kompleksində beş qadınla sevgili olub
- Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı"
Rəylər