Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Vuçiç: "Mən Rusiya agenti deyiləm"
"Serbiyada bir daha heç vaxt zorakılıqla hakimiyyət dəyişikliyi olmayacaq".
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Aleksandr Vuçiç dövlət çevrilişi nəticəsində Slobodan Miloşeviçin devrildiyi 2000-ci il oktyabrın 5-də baş vermiş hadisələrin təkrarlanma ehtimalını dəyərləndirərkən bildirib.
"Müxalifət nə qədər xalqı aldadacaq ki, problemləri küçədə həll edəcəklər? Onların siyasəti və proqramı yoxdur. İndi onlara deyirəm - uğur qazana bilməyəcəksiniz. Serbiyada bir daha heç vaxt 5 oktyabr olmayacaq", - Vuçiç bəyan edib.
O əlavə edib ki, Rusiya agenti deyil.
"Mən hər kim olsam da, Rusiya agenti deyiləm. Ya da kiminsə agenti deyiləm. Başqalarından fərqli olaraq, Respublika Prezidenti kənardan heç kim tərəfindən maliyyələşdirilmir. Büdcəm nisbətən kiçikdir", - deyə siyasətçi etiraf edib.
Rəylər